Məktəb, müəllim, valideyn üçbucağının tərbiyə işində rolu

      Məktəbin fəaliyyət planına uyğun olaraq valideynlərin məktəblə, müəllimlə əməkdaşlığı çərçivəsində 3"B" sinfində bədii-estetik zövqü formalaşdıran tədbir keçirildi.  Tədbirdə şagirdlər dərsliklərdən öyrəndikləri müxtəlif tərbiyəvi,müsbət insanı keyfiyyətləri aşılayan mövzuları rollu oyunlarla göstərdilər. Məqsəd bu mövzularda aşılanan keyfiyyətlərin valideyn tərbiyəsi ilə üst üstə düşməsinin,şagirdin şəxsiyyət kimi formalaşmasında,cəmiyyətə yararlı bir fərd olaraq yetişməsində rolunun vacibliyini anlatmaq idi. Sinif rəhbəri Əmiraslanova Səbinə çıxış edərək tərbiyənin təməlinin ailədən gəldiyini,məktəbin bu işi davam etdirdiyini,eyni zamanda bu işdə məktəb, müəllim və valideynin ortaq məxrəcə gələrək tərbiyə işində, şagirdlərin yetişdirilməsində əməkdaşlıq etməyin önəmi haqqında çıxış etdi. Şagirdlər müxtəlif rəqslər nümayiş etdirdi. Tədbirin qonaqları və məktəb rəhbərliyi tərəfindən  şagirdlərin səhnələri rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi