Mütaliə idrak vasitəsidir.

   Nağıllar təkcə əyləncə vasitəsi deyil, həmdə güclü idrak vasitəsidir .Uşaqların dünyanı tanıması,dəyərləri öyrənçəsi və həyat təcrübəsi qazanması üçün çox vacib rol oynayır.
Məktəbin fəaliyyət planına əsasən 4”b”sinif  rəhbəri Mərziyyə Əliyeva və kitabxana müdiri Aytən Məmmədova 4”B” sinif şagirdləri ilə məktəb kitabxanasındakı müxtəlif xalq nağıllarının müzakirəsini keçirtdilər.
Müzakirədə şagirdlərlə oxuduqları nağıllardakı fantastik obrazlar, qəhrəmanların problemi necə həll etməsi, çətinliklərdən necə çıxış yollarının tapmaları, nağılların məzmun, simvolik mesajlar mövzullar üzrə diskussiya aparıldı.
    Sonda Aytən Məmmədova  A.Tolstoyun  Canavar və keçi balalarını oxudu və şagirdlərlə birlikdə Azərbaycan xalq nağılı “Şəngülüm, Məngülüm, Şüngülüm nağılı ilə oxşarlığı müzakirə olundu. Hər iki nağılda uşaqlarda diqqətli olmağı, ağıllı qərarlar verməyi və ailə bağlarının əhəmiyyətini dərk etməsi üçün çox vacib məlumat  verdiyi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi