Şagirdlərimiz məktəbimizin müəllimləri ilə birlikdə STEAM İnnovasiya Mərkəzində oldular

       16.12 2024-cü il tarixində şagirdlərimiz məktəbimizin müəllimləri ilə birlikdə STEAM İnnovasiya Mərkəzində oldular.

        Ekskursiya çərçivəsində müxtəlif yaş kateqoriyasından olan məktəblilər yeni elmi məlumatlara birbaşa təmas edib, XXI əsr bacarıqlarını-kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini təkmilləşdirdiər.  

STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları ilə tanış oldular. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılıb, bələdçilərin köməyi ilə müxtəlif komandalara bölünərək oyunlar oynayıb, əylənib və öyrəndilər.                   Həmçinin şagirdlər onlara verilən təlimatlar əsasında eksperimentlər icra edib, məktəbdə tədris prosesində öyrəndiklərini mərkəzdə əyani şəkildə görmək imkanı qazandılar. 

          Ekskursiya zaman əsas məqsəd şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltməkdən, onları öyrənməyə həvəsləndirməkdən ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi