Məktəb kitabxanasında Naxçıvan Respublikasının 100illik yubileyinin qeyd edilməsi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 03.12.2024-cü il tarixli 59-D-327 nömrəli məktubda “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi qeyd olunmuşdur.Bu layihə çərçivəsində məktəb kitabxanasında məktəbin kitabxana müdiri Aytən Məmmədova və tarix müəllimi Aşıq Mehdiyevin təşkilatçılığı ilə dəyirmi masa keçirildi.Tədbirdə 7 “a”,7 “c”,8 “c”,8”b”9 “b”sinif şagirdlərinin fəal oxucuları Naxçıvanın qədim tarixi,etimologiyası,qeyri -maddi mədəni irs nümunələri,Naxçıvanın antik dövrdən XX əsrin əvvələrinə qədər siyasi tarixi,Naxçıvan MR -nın yaradılması,Ulu Öndər Heydər Əliyevin Naxçıvanın inkişafında həlledici rolu ,,Naxçıvan Muxtar respublikasının Preziden İlham Əliyev Naxçıvanın 100 illik yunileyi haqqında sərəncamı“mövzuları üzrə şagirdlərin çıxışları maraqla dinlənildi.
Aytən Məmmədova Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı çıxışı təqdim etdi.
4 “b”sinif şagirdlərinin ifasında musiqisi Məmməd Cavadov,sözləri Hüseyn Əzim “Naxçıvan”mahnısı tədbirə xüsusi rəng qatdı.
Məktəbin direktoru Günel Fətəliyeva tarix müəllimi Aşıq Mehtiyev Naxçıvanın Azərbaycanın tarixinin mədəniyyətinin dövlətçiliyimizin ayrılmaz hissəsi olması,bu qədim diyarın minilliklər boyu formalaşdırdığı zəngin irsi ilə seçildiyini və Naxçıvan həmdə keçmişdən gələcəyə bir körpü milli mübarizənin dövlətçiliyin simvolu olduğunu vuğuladılar.
Tədbirdə təşkilatçı müavin İsrafil Hüseynov,ibtidai sinif müəllimi Mərziyyə Əliyeva iştirak etdilər .