“Atalar sözləri süni intellektin gözündə” adlı əyləncəli oyun keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq Riyaziyyat-İnformatika aylığı ilə əlaqədar İnformatika müəllimi Pəri Əhmədova və Azərbaycan dili müəllimi Kəminə Zalovanın təşkilatçılığı ilə 8 ”b”sinif şagirdləri ilə “Atalar sözləri süni intellektin gözündə” adlı əyləncəli oyun keçirildi.Süni intellekt vasitəsilə yaradılmış şəkillərin hansı atalar sözünə uyğun olduğunu tapmaq şagirdlərin böyük marağına səbəb oldu.Sonda süni intellekti daha hansı sahələrdə istifadə edə biləcəkləri haqda şagirdlərə məlumat verildi. Şagirdlərin ideyaları dinlənildi.Şagirdlərdən Məhəmməd Dünyamalıyevin Aİ vasitəsilə ünvanladığı hərəkət məhdudiyyətli şagirdlərin gələcəkdə sahib ola biləcəkləri peşələr haqqındakı sorğusu iştirakçılar tərəfindən çox bəyənildi.
Məqsəd atalar sözlərini həyatla əlaqələndirmək, şagirdlərin dərsə, məktəbə marağını artırmaq və asudə vaxtlarını səmərəli fəaliyyətlərə cəlb etmək idi.