"Zərərli vərdişlərə yox deyək"
Elə aktual məsələlər var ki, onların həllində cəmiyyət olaraq fəal mövqeyi nümayiş etdirmək lazım gəlir. Əgər cəmiyyətin əsas formalaşma mərhələlərindən biri kimi təhsil ocaqlarını qəbul ediriksə məncə məktəbin rolunu daha aydın təsəvvür edə bilərik. 232 kollektivi olaraq bizdə daim şagirdlərə təkcə bilik və bacarıqları mənimsətməklə kifayətlənmirik. Şagirdlərimizin əsl vətəndaş kimi formalaşmasında var qüvvəmizi səfərbər etməyə çalışırıq. Bu işdə mütamadi olaraq bizim pedaqoji heyətə yaxından köməklik göstərən bütün qurumlara xususiylə Suraxanı rayonu 31-ci polis bölməsinin əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk. Bu gün "Zərərli vərdişlərə yox deyək" adlı tədbirimizdə Suraxanı rayonu 31-ci polis bölməsinin əməkdaşları Suraxanı rayon polis idarəsinin rəis müavini polis polkovniki Surxay Vəliyev, rayon icra hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, rayon polis idarəsinin 31-ci il şöbəsinin rəisi polis palkovniki Ülvi Məmmədov, rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis palkovnik leytenant Əfqan Ağayev iştirak edir.