"Naxçıvan Muxtar respublikasının 100 illik yubileyinin qeyd edilməsi" ilə bağlı dəyirmi masa keçirildi

   Məktəbin fəaliyyət planına əsasən 7 A və 7 B sinif şagirdləri ilə "Naxçıvan Muxtar respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında"qərarı ilə bağlı dəyirmi masa keçirildi.
Əvvəlcə tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək Naxçıvan Muxtar respublikasının keçmiş tarixi ilə bağlı şagirdlərə geniş məlumat verdi.
 Sonra söz şagirdlərə verildi.Şagirdlərdən Leyla Naxçıvanın ərazisi haqqında,Aysel bu diyarın təbii sərvətləri haqqında, Zəhra Naxçıvandakı tarixi memarlıq abidələri haqqında, Məryəm isə Naxçıvanın tarixi şəxsiyyətləri haqqında ətraflı məlumat verdilər.
    Tədbirdə tarix müəllimi Mehdiyev Aşiq müəllim də iştirak etdi.Sonda Aşiq müəllim də Naxçıvan haqqında maraqlı faktlarla çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi