Heydər Əliyevin anım günü ərəfəsində müxtəlif siniflərndə divar qəzetləri tərtib olundu,inşa yazı müsabiqələri və debatlar keçirildi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/173391386767596d0be00fa0.59827672.jpg)
Məktəbin fəaliyyət planında əks olunan məsələlərin mühüm bir qismini tarixi şəxsiyyətlərin,ədəbiyyat və mədəniyyət sahəsində xüsusi rolu olan insanların təbliği təşkil edir.
Bu çərçivədə həyata keçirilən sinifdənkənar tədbirlərdə şagirdlərin vətənpərvərlik,xalqa məhəbbət,yurda sədaqət ruhunda böyüdülməsi prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır. 12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində məktəbimizin müxtəlif siniflərində divar qəzetləri tərtib olundu,inşa yazı müsabiqələri və debatlar keçirildi. UBR Mədinə İsgəndərovanın təşkilatçılığı ilə 8 a sinfində keçirilən inşa yazı müsabiqəsi maraqlı inşa yazı nümunələri ilə yadda qaldı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Hələ aşağı siniflərdən dahi şəxsiyyətin həyat yolunu və fəaliyyətini öyrənən 8 a sinif şagirdləri inşa yazılarında məhz bu məqamlara toxunmuşdular.
Daha çox fərqlənən inşa yazı nümunələrinin müəlliflərinin fəxri fərmanla mükafatlandırılacağına qərar verildi.