Ulu Öndər yolu Vətənə və xalqa xidmət nümunəsidir

      Məktəbin illik fəaliyyət planına uyğun olaraq tarix müəllimi Aşiq Mehdiyevin təşkilatçılığı ilə " Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir" mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin 5 “A” sinfinin şagirdləri Ulu Öndərmiz Heydər Əliyev haqda fikirlər söylədilər. Heydər Əliyev dahi şəxsiyyət uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Sonra şagirdlər vurğuladılar ki, Ulu Öndərimiz bütün həyatını xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Ulu Öndərimiz Azərbaycan konstitusiyasına Azərbaycan dilini dövlət dili kimi qəbul etdirmişdir. Şagirdlər söylədilər ki, Müstəqilliyimiz dövründə xalqın çətin günlərində yanında oldu, onlara dayaq oldu. Tədbirdə məktəbin kitabxana müdiri Aytən Məmmədova və təşkilatçı müavin İsrafil Hüseynov iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi