“İnformasiya təhlükəsizliyi və kibercinayətkarlıq”
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Aynur Əkbərova 8 "A " sinfində “İnformasiya təhlükəsizliyi və kibercinayətkarlıq” mövzusunda maarifləndirici seminar keçirdi.
Fənn müəllimi çıxışında qeyd etdi ki, bəzən ilk mənbədən alınmamış, obyektivliyi əks etdirməyən məlumatların sosial şəbəkələrdə yer alması ictimai rəydə çaşqınlıq yaradır, cəmiyyət tərəfindən birmənalı qəbul olunmur.
Xüsusilə, İkinci Qarabağ müharibəsinin davam etdiyi və müharibə dövründə qərəzli qüvvələrə xidmət edən sosial şəbəkələr Azərbaycanın siyasi, iqtisadi, diplomatik uğurlarına, Silahlı Qüvvələrimizin Zəfərinə ləkə gətirməklə ermənilərə xidmət etdiklərini təsdiq etmiş oldular.
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də informasiya təhlükəsizliyi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasından, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.
Bu məqsədlə şagirdlər maarifləndirildi daha sona bu mövzuda bukletlər hazırlayaraq, digər siniflərə paylanıldı