Kitab mənim dostumdur
Şagirdlərin özünü dərk etməsini, həyata baxışlarını zövqlərini formalaşdırılmasını onun hərtərəfli inkişafının təməli kiçik yaşlardan başlayır. Buna görədə kiçik yaşlardan təhsilə şagirdlərin maariflənməsinə ədəbiyyata, mənəvi dəyərlərə xüsusilə də mütaliəyə maraq aşılanmalıdır. Kitab sevgisi hər bir şagirdə sirayət edilməlidir. Xüsusilə də nağıl oxumaq və onlarda yeni biliklər əldə etmək, dünyanı yaxşı başa düşmək, müxtəlif mədəniyyətlərlə tanış olmaq imkan verir. Bu məqsədlə məktəbin fəaliyyət planına əsasən kitabxana müdiri Aytən Məmmədova 4 “A” sinif şagirdləri ilə oxuduqları müxtəlif xalq nağıllar əsasında müzakirə keçirtdi. Şagirdlərlə oxuduqları nağılların ideya, məzmun və nəticə baxımından müzakirəsi olundu və disskussiya keçirildi.