İnteqrasiyalı dərs
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Aynur Əkbərova 6a sinfində riyaziyyat fənnindən “Miqyas” mövzusunu həm coğrafiya həm də informatika fənninə əlaqələndirdi. Məqsəd miqyasa aid məsələləri sərbəst həll etmək, təqribi hesablamanı əlverişli üsullarla yerinəyetirməsidir.
Dərs zamanı coğrafiya müəllimi Vüsalə Məmmədova Azərbaycan xəritəsi üzərində miqyası şagirdlərə izah etdi. Kompüter vasitəsilə Yer kürəsi, planetlər, şəhərlər nümayiş etdirildi, xəritə, qlobus görüntüləri şagir lərin diqqətinə çatdırıldı
Daha sonar şagirdlər müxtəlif rayon və şəhərlər arasındakı məsafəni ölçərək həqiqi ölçünü tapdılar.
Yaradıcı tətbiq etmə mərhələsində A0 ölçüdən A5 ölçüsünə qədər kiçiltmə prakrik olaraq tapşırıldı və şagirdlər miqyası təyin etdilər.