İngilis dili danışıq klubu  təşkil olundu

Dilavər Məmmədzadə 232 saylı tam orta məktəbin fəaliyyət planına uyğun olaraq ingilis dili müəllimi Mina Həsənlinin koordinatorluğu ilə hər həftə danışıq klubu  təşkil olunur. Klub 5 “B” sinif şagirdləri tərəfindən böyük maraqla qarşılanır. Klubun əsas məqsədi şagirdlərin ingilis dilində danışıq bacarıqlarını təkmilləşdirmək, eyni zamanda dil öyrənmə prosesini şən və faydalı etməkdir. Klubda hər həftə müxtəlif fəaliyyətlər keçirilir: rollu oyunlar, şəkil ətrafında danışıq və ingilis dilində müzakirələr. Rollu oyunlarda şagirdlər müəyyən mövzularda ingilis dilində ünsiyyət qurmağa çalışırlar, bu da onların dil bacarıqlarını artırır. Şəkil ətrafında danışıq zamanı isə şagirdlərə müxtəlif şəkillər göstərilir. Onlar bu şəkilləri təsvir edir, bu da söz ehtiyatlarını genişləndirir və dilin istifadəsini daha səlis edir. Həmçinin, hər həftə keçirilən müzakirələr şagirdlərin düşünmə və ifadə etmə bacarıqlarını gücləndirir. Bu fəaliyyətlər nəticəsində danışıq klubu şagirdlərin ingilis dilində sərbəst danışmalarını təmin edir, yeni sözlər öyrənmələrinə və qrammatik qaydaları daha düzgün istifadə etmələrinə kömək edir. Eyni zamanda, bu klub şagirdlərin ingilis dilinə olan maraqlarını artırır və onların bu dildə özlərini daha yaxşı ifadə etmələrinə imkan yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi