“Ailəm və məktəbim layihəsi"çərçivəsində kitab müzakirəsi təşkil olundu

Kitab hər bir insanın həyatının mühüm hissəsidir.Mütaliə gənc nəslin maariflənməsində ,dünya görüşünün artmasında ,təfəkkürün inkişafında mühüm rol oynayır .

Bakı şəhəri Təhsil İdarəsinin 13.05.2024 cü il tarixli,F-2024 əmrinə əsasən və məktəbin fəaliyyət planına uyğun olaraq “Ailəm və məktəbim layihəsini 15.6 -cı bəndinin çərçivəsində ailələr və ümumtəhsil müəssisələr arasında səmərəli əməkdaşlıq ilə bağlı tədbirlər davam edir.

Məktəb kitabxanasında 3 “A” sinf şagirdləri və  valideyinlərinin iştirakı ilə kitab müzkirəsi təşkil olundu.

Məqsəd valideynləri övladlarının təhsil aldıqları məktəb kitabxanası ilə tanış etmək və mütaliə mədəniyyətinin formalaşdırmaq prosesində ailə və kitabxanada  şagirdlərin mütaliəyə kitaba marağını birgə işini yüksəltməkdir.

Valideynlər məktəb kitabxanasındakı nağıllardan oxudular və şagirdlərlə birlikdə müzakirə və təhlili aparıldı.

Məktəbin kitabxana müdiri Aytən Məmmədova , 3 “A”sinif rəhbəri Nərmin Hümbətova və məktəb psixoloqu Ləman Mehtiyeva mütaliənin şagirdlərdə bədii-estetik zövqünün inkişafına ,mənəvi tərbiyəsinə müsbət təsirindən,dünyagörünüşündən savadlı ağıllı şəkildə formalaşmasını   mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər və ailədə kitaba sevginin kiçik yaşlardan aşılanmasını bu işdə valideynlərində rolunun mühüm olduğunu vurğuladılar

Sonda şagirdlər “İtələmək gülməli deyil” kitabında bir parça səhnə nümayiş etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi