Noyabr tarix aylığıdır.

Məktəbin fəaliyyət planına əsasən noyabr məktəbimizdə tarix aylığıdır.  Noyabr həm də bizim üçün Zəfər ayıdır.Otuz illik əsarətə Azərbaycan ordusu məhz bu ayda son qoydu. Bu qələbəni bizə yaşadan şəhidlərimizi yad etmək üçün 5"B"  sinif şagirdləri ilə şəhidlər xiyabanını ziyarət etdik .
Polad Həşimov, Cəbrayıl Dövlətzadə,Nurlan Atakişiyev və digər şəhidlərin məzarlarıönündə şagirdlərdən Xətai, Fərid Rüqəyya maraqlı məlumatlar söylədilər .
  Nurlan, Güləndam, Aylin şəhidlərə həsr olunmuş şeirlər ilə çıxış etdilər.
 Sinif rəhbəri Fərqanə müəllimə şagirdlərə 44 günlük müharibə haqqında ətraflı məlumat verdi .Əfsanənin, Mühəmmədin valideynləri də bizimlə ziyarətdə iştirak etdilər. Sonda xiyabandan qurur hissi ilə evə döndük.
  Allah vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizə rəhmət eləsin.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi