"Kitab klubu” nun aylıq fəaliyyəti davam edir
Məktəb kitabxanasının və ədəbiyyat müəllimlərinin birgə təşkilatçılığı ilə məktəbin ədəbiyyatsevər şagirdlərindən ibarət "Kitab klubu” nun aylıq fəaliyyəti davam edir. Öncədən müəyyən edilmiş plan əsasında 5 -8 -ci sinif şagirdləri arasında bədii yaradıcılıqla məşğul olan şagirdlərə məxsus bədii yaradıcılıq nümələrinin müzakirəsi təşkil olundu. Ədəbiyyat müəllimlərinin və kitabxana müdirinin seçdiyi kiçik poeziya və nəsr nümunələri şagirdlərin öz təqdimatlarında dinlənildi və ünvanlanan suallar cavablandırıldı. Müzakirədə bədii yaradıcılıqla məşğul olmağın şagirdlərin obrazlı təfəkkürünün inkşafında xüsusi rol oynaması vurğulandı. Mövzu seçiminin, ideyanın müəyyən olunmasının, forma və məzmun xüsusiyyətlərinin nəzərə alınmasının önəmi vurğulandı.
Şagirdlərdən 8 ”c”sinif şagirdi Bayramova Zəhranın, 8 “a”sinif şagirdi Şahin, Məsumə, 5”a” Həsənov Tunarın, 6 c ZÜlfüqarlı Rüqəyyanın, Əminənin və s təqdim etdikləri poeziya nəsr nümunələri maraqla qarşılandı.