Tarix aylığı davam edir
Məktəbin fəaliyyət planına uyğun olaraq 26 Noyabr tarixində 7 "C" sinifində açıq dərs keçirildi. Mövzu "Azərbaycan vahid dövlət tərkibində"mövzusu idi.Şagirdlər qruplara bölündü.Qruplara ayrı-ayrı tapşırıqlar verildi.Müəyyən müddətdən sonra şagirdlər məlumatlar verdilər.I qrup Azərbaycanın vahid dövlət tərkibindən danışdı.II qrup bu dövlətin tarixi əhəmiyyətindən danışdı.III qrup isə Azərbaycanda ikinci dəfə yaradılmış vahid Azərbaycan dövləti olan Salarilər dövlətində danışdı.Sonra bütün qruplar isə bu dövlətlərin fərqli və oxşar cəhətlərindən danışaraq məlumat verdilər.