"Zəfər günü" adlı təşkilat saatı keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq 2 "B” sinfində "Zəfər günü" adlı təşkilat saatı keçirildi.Sinif rəhbəri Könül Aslanova Zəfər Günü haqqında şagirdlərə məlumat verdi. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, dövlət rəmzlərinə və şəhid, qazi ailələrinə hörmətlə yanaşmaq idi. Sonda şagirdlər "Zəfər günü" haqqında mahnı və şeirlər səsləndirdilər, rəsmlər çəkdilər.