20 noyabr "Uşaq hüquqları" günüdür.
20 noyabr "Uşaq hüquqları" günüdür. 7 “A” sinif şagirdlərinin iştirakı ilə "Uşaq hüquqları" mövzusunda tədbir təşkil edildi. Uşaq hüquqları dedikdə-dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayış oldugu vurgulandı. Daha sonra şagirdlərin fikirləri dinlənilərək, bu movzuda olan video roliklərə baxıldı. Məqsəd hər bir şagirdin sahib olduğu və bilmədikləri hüquqlarını onlara bildirmək idi.