“Zəfərin Mübarək Azərbaycan “adlı tədbir keçirildi
Məktəbin fəaliyyət planına əsasən 4”B”sinif rəhbəri Mərziyyə Əliyeva kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə “Zəfərin Mübarək Azərbaycan “adlı tədbir keçirildi.
Məqsəd şagirdlər arasında milli düşüncəni qoruyub saxlamaq,onların vətənpərvər ruhda yetişməsinə nail olmaq şəhid və qəhrəmanlarımızı tanıtmaq,onların keçdiyi tarixi Zəfər yolunu təbliğ etmək və xatirələrini daim uca tutmaqdır.
Tədbir himnimizin şagidlər tərəfindən oxunması ilə başlandı.Şagirdlər Zəfər yolunun qəhrəmanlıq səlnaməsi haqqında öyrəndiklərini məlumat verdilər ,şeirlər qiraət etdilər .
Şagirdlərin ifasında “Qələbə günü” mahnısı dinlənildi.
Tədbirdə Vətən Müharibəsi iştirakçısı, Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İsrafil Hüseynov çıxış edərək şagirdlərə Zəfər günü Azərbycanın suverenliyini ərazi bütövlüyünü və xalqın iradəsinin əks etdirdiyini bildirdi