"Sağlamlıq nədir?" mövzusunda maarifləndirici dərs təşkil edildi

Məktəbin fəaliyyət planına uyğun olaraq, fiziki tərbiyə müəllimi Aytən Həsənova və 4 "A" sinfinin rəhbəri Sevinc müəllimə "Sağlamlıq nədir?" mövzusunda şagirdlər üçün maarifləndirici dərs təşkil etdilər. Dərsdə sağlamlığın əhəmiyyəti və fiziki tərbiyənin sağlam həyata necə təsir etdiyi geniş şəkildə izah olundu. Aytən müəllimə sağlamlığın yalnız xəstəlikdən uzaq olmaq deyil, həm də fiziki, psixoloji və sosial rifahı əhatə etdiyini vurğuladı. Sevinc müəllimə isə fiziki fəaliyyətin gündəlik həyatda vacib rolu haqqında məlumat verdi və şagirdləri aktiv həyat tərzinin üstünlükləri ilə tanış etdi.

Dərsin sonunda müəllimlər şagirdlərlə interaktiv sual-cavab sessiyası keçirdilər. Şagirdlər fiziki tərbiyə ilə bağlı suallar verdilər, müəllimlər də onların suallarını ətraflı cavablandıraraq, sağlam həyat tərzini qorumağın vacibliyini izah etdilər. Beləliklə, şagirdlər sağlamlığın və fiziki aktivliyin həyatlarında nə qədər böyük önəm daşıdığını daha yaxşı anladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi