“Kimi özünə əsl dost bilirsən? “
Məktəbin fəaliyyət planınına uyğun olaraq 4”B” sinfində “Kimi özünə əsl dost bilirsən? “ mövzusunda təşkilat saatı keçirildi. Sinif rəhbəri Əliyeva Mərziyyə dostluq haqqında fikir bildirdi. Həyatımızın hər anında yanımızda olan dostlarımızı hər zaman sevməli, dərdimizi paylaşmalı, xoşbəxtlik anlayışı onlarla ən gözəl şəkildə yaşamalıyıq.
Tədbirin məqsədi şagirdlərin sinif yoldaşlarının onlar haqqında necə təsəvvürə malik olduqlarını öyrənmələri , dostluğun onlar üçün əhəmiyyəti, dosta və dostluğa verilən tələblər idi. Şagirdlər “Dostluq” haqqında inşa yazdılar, dostluq haqqında fikir bildirdilər. Tədbirdə Uşaq birliyi M.İsgəndərova iştirak etdi. Sonda dostluq haqqında videoçarxa baxdılar.