Məktəbin müəllimləri arasında qabaqcıl pedaqoji təcrübə mübadiləsi aparılır

        Təlim-tərbiyə prosesinin effektliliyini artırmaq, müsbət nəticələr əldə etmək üçün müəllimin səmərəli metodlardan istifadə etməsi zəruridir. Bu məsələ məktəbimizdə pedaqoji heyət tərəfindən xüsusi diqqətdə saxlanılır.

    Bu məqsədlə qarşılıqlı dərsdinləmələr keçirilir, qabaqcıl metodiki təcrübəyə malik müəllimlərin işi təbliğ olunur, paralel siniflərdə eyni fənni tədris edən müəllimlər mütəmadi olaraq fikir mübadiləsi aparılır.

  29 oktyabr tarixində 5”A” və 5”B“  siniflərində Azərbaycan dili fənnini tədris edən Zalova Kəminə və Hüseyn Rahilə cədvəl üzrə eyni dərs saatında qarşılıqlı olaraq bir-birilərini əvəz etdilər. Əvəzetmədə məqsəd həmkarların şagirdlərin təlim nəticələrini, mənimsəmə xüsusiyyətlərini rahat müqayisə etməsinə şərait yaratmaqdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi