8 noyabr Zəfər Günü ilə əlaqədar məktəb daxili şahmat turniri keçirildi

    Məktəbin fiziki tərbiyə müəllimi Emin Məmmədovun və UBR İskəndərova Mədinənin təşkilatçılığı ilə 8 noyabr Zəfər Günü ilə əlaqədar 5-8-ci sinif şagirdləri arasında  məktəb daxili şahmat turniri keçirildi. Fiziki tərbiyə müəllimi Emin Məmmədov   şahmatın  oyunçularda yüksək səviyyədə diqqət, strateji düşüncə və planlaşdırma tələb etdiyin i qeyd etdi.Məqsəd şəhidlərin əziz xatirəsinin hörmət və ehtiramla yad edilməsi,  şahmat oyunlarının   təbliği, şagirdlərdə beynin həm məntiqi, həm də yaradıcı hisslərinin  aktivləşdirilməsi, yeniyetmə və gənclərin idmana marağının artırılması və vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsidir.Oyun zamanı hər bir gedişin nəticələri əvvəlcədən hesablandı, rəqibin mümkün hərəkətləri təxmin edildi. Yarışın qalibləri mükafatlarla təltif olundu. I ci yerə Seyidzadə Zəhra, II  yerə Ömərzadə  Allahverdi ,III -cü yerə Məmmədli Saleh laiq görüldü və məktəb rəhbərliyi tərəfindən fəxri-fərmanla təltif olundular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi