Tərəvəzlərin becərilmə texnologiyası

       Məktəbin fəaliyyət planına uyğun olaraq Texnologiya fənnindən 5"A" sinfində Məmmədova Aysun müəllimənin iştirakı ilə “Tərəvəzlərin becərilmə texnologiyası” mövzusunda açıq dərs keçirildi. Dərsi məktəbin direktoru Günel Fətəliyeva və tədris işləri üzrə direktor müavini Günel İsmayılova izlədilər.

Dərs zamanı ilk öncə tərəvəzlərin insan sağlamlığına faydaları müzakirə edildi. Şagirdlərə qrup tapşırıqları verildi və onlar bu tapşırıqları yerinə yetirdikdən sonra qiymətləndirildilər. Pomidorun becərilmə prosesinin bütün mərhələlərini izah edən videoçarx şagirdlərə təqdim olundu. Bu dərs vasitəsilə şagirdlər həm nəzəri, həm də praktiki bilik və bacarıqlara yiyələndilər.

Dərsin əsas məqsədi şagirdlərə pomidorun becərilmə mərhələlərini mənimsətmək idi. Dərs, şagirdlərin marağını artıraraq onların hər gün qarşılaşdıqları və gündəlik qida rasionlarına daxil olan tərəvəzlər barədə biliklərini zənginləşdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi