Coğrafi məkanların incəsənətdə təsviri
Məktəbin fəaliyyət planına əsasən keçirilən coğrafiya aylığı çərçivəsində, 8 "A" sinifində Təsviri İncəsənət və Coğrafiya fənləri arasında inteqrasiya olunmuş dərs təşkil edildi. Bu dərsi Təsviri İncəsənət müəllimi Ruhəngiz Hüseynova və Coğrafiya müəllimi Vüsalə Məmmədova hazırladılar.
Dərs zamanı şagirdlərə yer kürəsinin modeli və Azərbaycan Respublikasının xəritəsi A4 formatında təsvir etmək tapşırığı verildi. Ruhəngiz müəllimə hər bir təsviri qiymətləndirərək şagirdlərə rəsmlərindəki coğrafi detalları necə daha yaxşı ifadə etməyi izah etdi. Rəsm bacarığı yüksək olan şagirdlər isə qrup şəklində çalışaraq sinif otağının qapısına akril boya ilə yer kürəsinin formasını çəkmək və coğrafi elementləri incəliklə təsvir etməklə öz bacarıqlarını nümayiş etdirdilər.
Dərsin məqsədi şagirdlərin coğrafi məkanları daha dərindən və yaradıcı yanaşma ilə öyrənməsi, coğrafi məkanların təsviri sahəsindəki bacarıqlarının inkişafı idi. Bu dərs həm də onların incəsənət və coğrafiya biliklərinin birləşərək praktiki təcrübə ilə möhkəmləndirilməsi baxımından önəmli rol oynadı.
Dərsin sonunda şagirdlərin hazırladığı rəsmlərdən ən yaxşısı seçilərək xüsusi qeyd edildi və dərs, şagirdlərin işlərinə verilən dəyərlə yekunlaşdırıldı. Bu inteqrasiya olunmuş yanaşma, şagirdlərə coğrafiya biliklərini daha yaradıcı formada mənimsəmə imkanı yaratdı.