Həyatını sağlam yaşa
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin kitabxanasında biologiya müəllimi Hüseynova Zülfüyyə 7"B"şagirdləri ilə "Həyatını sağlam yaşa" və "Zərərli vərdişlərə yox deyək!," adlı maarifləndirici tədbir keçirdi. Tədbirin məqsədi şagirdləri zərərli vərdişlərin törətdiyi fəsadlar, onların nəticələri,sağlam həyat tərzinin nə qədər əhəmiyyətli olduğunu məlumatlandırmaq idi. Tədbirdə məktəbin kitabxana müdiri Məmmədova Aytən iştirak etdi.