İnteqrasiyalı dərs.

    Məktəbin fəaliyyət planına əsasən coğrafiya aylığı çərçivəsində Fizika və Coğrafiya fənləri arasında inteqrasiyalı dərs keçirildi. Dərs 7 "C"sinfində "Atmosfer təzyiqi" mövzusunda Quliyeva Arzu, Məmmədova Aytən və Məmmədova Vüsalə müəllimələr tərəfindən təşkil olundu. Dərs zamanı şagirdlərə atmosfer təzyiqi haqqında ətraflı məlumat verildi və atmosfer təzyiqinin yaranmasına dair video nümayiş etdirildi. Arzu müəllim atmosfer təzyiqinə aid müxtəlif təcrübələr göstərdi və bu təcrübələr şagirdlər tərəfindən maraqla izlənildi. Dərsin sonunda şagirdlər fizika və coğrafiya fənləri üzrə atmosfer təzyiqinə aid məsələləri həll etdilər. Dərsin məqsədi fizika və coğrafiya fənlərinin köməyi ilə hündürlük artdıqca təzyiqin dəyişməsini daha dəqiq mənimsətmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi