Günəşin izi

    Məktəbin fəaliyyət planına əsasən coğrafiya aylığı çərçivəsində STEAM və Həyat bilgisi fənni arasında inteqrasiyalı dərs təşkil olundu. Dərs 4"A" sinfində "Günəşin izi" mövzusunda Məmmədova Aytən və Məmmədova Sevinc müəllimələr tərəfindən keçirildi. Dərs zamanı Aytən müəllim yerin Günəş ətrafında hərəkəti nəticəsində fəsillərin yaranması haqqında ətraflı məlumat verdi. Müəllimlər fəsillərin dəyişməsinə dair videoçarx nümayiş etdirdilər. Sevinc müəllim isə qlobusdan istifadə edərək yerin hərəkətini şagirdlərə izah etdi. Dərsin məqsədi şagirdlərin fəsillərin yaranma səbəbini daha dərindən mənimsəməsini təmin etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi