Coğrafiya Aylığı Çərçivəsində STEAM ilə İntegrasiyalı Dərs Keçirildi

       Məktəbin fəaliyyət planına uyğun olaraq Coğrafiya aylığı çərçivəsində STEAM metodologiyası ilə Coğrafiya fənni arasında inteqrasiyalı dərs təşkil edildi. Dərs 5a sinfində “Günəşdən uzağa” mövzusunda Məmmədova Aytən və Məmmədova Vüsalə müəllimələr tərəfindən keçirildi.

Dərs zamanı şagirdlər Günəş sistemi və onun ətrafında hərəkət edən planetlərin modelini hazırladılar. Praktik işin gedişində şagirdlər planetlərin hərəkətini daha yaxşı mənimsəmələri üçün müəllimlər tərəfindən mövzuya uyğun video çarx nümayiş etdirildi. Bu vizual material şagirdlərə planetlərin Günəşə olan uzaqlıqları və onların orbitləri haqqında geniş təsəvvür yaratdı.

Dərsin əsas məqsədi şagirdlərə planetlərin Günəşdən uzaqlığına görə düzülüşünü qruplaşdırmaq və onların mövqelərini xüsusiyyətlərinə görə təyin etmək bacarığını aşılamaq idi. Dərs STEAM yanaşması ilə inteqrasiya edildiyi üçün həm nəzəri, həm də praktiki biliklərin mənimsənilməsinə imkan yaratdı.

Dərs, şagirdlərin marağını artıraraq onların Günəş sistemi ilə bağlı biliklərini zənginləşdirdi və fənlərarası yanaşma ilə tədrisin daha interaktiv və yadda qalan olmasını təmin etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi