Məktəbdə Coğrafiya Aylığı Çərçivəsində Açıq Dərs Keçirildi

    Məktəbin fəaliyyət planına əsasən Coğrafiya aylığı çərçivəsində 8a sinfində Məmmədova Vüsalə müəllimənin iştirakı ilə “Xəritələrin təsnifatı” mövzusunda açıq dərs təşkil olundu. Dərsi məktəbin direktoru Günel Fətəliyeva, tədris işləri üzrə direktor müavini Günel İsmayılova və coğrafiya fənni üzrə metodbirləşmə sədri Aytən Məmmədova izlədilər.

Dərs zamanı xəritələrin miqyasına, məzmununa, ərazi və əhatə etməsinə görə fərqli xəritələr müqayisəli şəkildə təhlil edildi. Şagirdlərə işğaldan azad edilmiş Azərbaycan ərazilərinə uyğun olaraq xüsusi hazırlanmış krossvord üzərində işləmək imkanı yaradıldı. Dərsin məqsədi şagirdlərin xəritələri fərqləndirə bilməsi və onların coğrafi biliklərinin dərinləşdirilməsi idi.

Dərs riyaziyyat fənnində keçilən "Miqyas" mövzusu ilə inteqrasiya olunaraq təşkil edilmişdi. Bu yanaşma şagirdlərin həm coğrafi, həm də riyazi biliklərini daha yaxşı mənimsəmələrinə imkan yaratdı. Dərs tədris standartlarına uyğun şəkildə qurulmuş və gözlənilən təlim nəticələrinə nail olunmuşdur.

Bu açıq dərs həm təlim metodları, həm də mövzunun şagirdlərə çatdırılması baxımından yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi