Biologiya, fizika,  coğrafiya fənnlərinin inteqrasiyası

     Yaşıl dünya naminə biologiya, fizika,  coğrafiya fənnlərinin inteqrasiyalı müzakirəsi təşkil olundu.

 Yaşıl dünya naminə həmrəylik ili  davam edir.  8 və  9 cu sinif şagirdlərinə müzakirə etmək üçün aktual məsələ ətrafında araşdırma tapşırıldı.

1. COP-29 haqqında məlumat toplamaq

2. Azərbaycan ərazisindən keçən çaylarda suyun səviyyəsinin azalma səbəbləri.

3. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbləri.

4. Azərbaycan da su qıtlığı ilə üzləşə bilərmi?

8 -9-cu sinif  şagirdlərinin plan üzrə araşdırmaları dinlənildi və biologiya, fizika, coğrafiya fənn müəllimləri ilə qarşılıqlı müzakirə olundu.

İlk əvvəl COP -29 haqqında qısa məlumat dinlənildi.  Daha sonra Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinin dənizə tökülən çaylarla əlaqəsinin, eyni zamanda Xəzər dənizində baş verən yeraltı zəlzələlərin ola biləcəyini, qlobal problem olan istixana effektinin təsirini vurğuladılar.Xəritə üzrərində Volqa, Kür, Araz və s dənizə tökülən çayların da su səviyyəsinin müxtəlif səbəblərdən aşağı düşməsinin Xəzər dənizinə də təsir etdiyini nümunələr gətirərək məlumat verdilər.

Biologiya, fizika, coğrafiya  fənn müəllimləri "İstixana effekti"ni və qlobal problemləri fənnlərarsı inteqrasiya edərək izah etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi