18 oktyabr tarixində Müstəqilliyimizin bərpası ilə bağlı tədbir keçirildi
Məktəbin fəaliyyət planına əsasən 18 oktyabr tarixində Müstəqilliyimizin bərpası ilə bağlı məktəbimizin 5a ,7c,8c sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Bu tədbiri keçirməkdə məqsədimiz şagirdləri məlumatlandırmaq və Müstəqilliyimizin əbədi olmasını anlatmaq idi.Şagirdlər 18 Oktyabr Müstəqillik günü ilə bağlı fikirlər söylədilər.Şagirdlərdən Bayramova Zəhra müstəqilliyimizlə bağlı fikir söyləyəndə bildirdi ki, Azərbaycan Respublikasının ilk müstəqilliyini tanıyan qardaş Türkiyə dövləti sonra Ruminiya və Pakistan olmuşdur. Şagirdlər bildirdilər ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük müharibə dövründə azad olundu və kim 23-cü ilin sentyabr ayında antiterror əməliyyatı zamanı ərazi bütövliyimiz tam bərpa olundu. Sonra şagirdlər bildirdilər ki, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi dönməzdir, əbədidir! Yaşasın Müstəqil Azərbaycan Respublikası! Azərbaycan xalqına eşq olsun!