18 oktyabr- Xudafərin körpüsünün işğaldan azad olunması günüdür
Məktəbin fəaliyyət planınına uyğun olaraq 18 oktyabr tarixində Xudafərin körpüsünün işğaldan azad olunması münasibətilə, məktəbin kitabxanasında ,ayrı-ayrı sinifdən olan şagirdlərin iştirakı ilə tədbir keçirildi.
Məqsəd azad olunmuş torpaqlarımızla şagirdləri yaxından tanış etmək idi.Əvvəlcə tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək Xudafərin körpüsünün yaranma tarixindən,onun otaylı bu taylı Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.Körpünün həm də Azərbaycan tarixi üçün böyük mədəniyyət nümunəsi olduğunu vurğuladı.
Sonra söz şagirdlərə verildi.İbrahim, Mələk,İnci körpünün tarixi əhəmiyyəti, onun yaranma, işğal tarixi, işğaldan azad olunması haqqında ətraflı məlumat verdilər.Bu yolda canından keçən şəhidlərin xatirəsinə Xətai, Rüqəyya, Zəhra, Aysel şeirlər və hekayələr söylədilər.
Tədbirdə məktəbin kitabxana müdiri Aytən xanım da iştirak etdi.