"Zəfər bayrağı" adlı sənədli film nümayiş olundu
Məktəbin illik fəaliyyət planına uyğun olaraq, Mədinə İskəndərovanın təşkilatçılığı ilə 44 günlük İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimizin döyüş yolunu əks etdirən "Zəfər bayrağı" adlı sənədli film nümayiş olundu. Tədbirin məqsədi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi və ordumuzun əldə etdiyi nailiyyətlərin şagirdlərə tanıdılması idi. Eyni zamanda, Azərbaycan Ordusunun şanlı qələbəsi haqqında məlumat vermək, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək və şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirməkdir.
Tədbirdə əvvəlcə Vətən müharibəsi haqqında şagirdlərə məlumat verildi. Bildirildi ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məğlub edərək öz ərazi bütövlüyünü bərpa edib. Düşmən torpaqlarımızdan qovulub, ədalət və beynəlxalq hüquq bərpa olunub. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Daha sonra, Vətən müharibəsi iştirakçısı və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsrafil Hüseynov öz döyüş yolu haqqında çıxış etdi. Sonda "Zəfər bayrağı" adlı sənədli film nümayiş etdirildi.