Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirildi

      Məktəbin fəaliyyət planına əsasən kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə  Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş “Vətənim Azərbaycan “adlı şeir müsabiqəsi keçirildi. Müsabiqənin əsas məqsədi 18 Oktyabr -Müstəqilliyin Bərpası Gününün əhəmiyyətini gənc nəslə aşılamaq,vətənpərvərlik ruhunu gücləndirmək və şagirdləri yaradıcılığa təşviq etməkdir.Müsabiqədə 30 nəfər şagird iştirak etmişdir.İştirakçılar tərəfindən təqdim olunan şeirlər  Müstəqilliyin bərpası,vətən sevgisi ,milli dəyərlər və Azərbaycanın dövlətçilik ənənələri və digər mövzuları əhatə edirdi.Müsabiqədə qiymətləndirmə münsiflər  heyətinin üzvləri: Ədəbiyyat müəllimi Hüseyn Rahilə,UBR İsgəndərova  Mədinə,Aytən Məmmədova tərəfindən aparılmışdır.  Şeirlər yaradıcılıq ,dil  və üslub zənginliyi,mövzuya uyğunluq 
və bədii dəyər meyarlarına görə qiymətləndirmişdir.
      Müsabiqənin sonunda qaliblər elan olunmuş və mükafatlar(fəxri fərman və xatirə hədiyyələri təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi