"Dördrəqəmli ədədlərin birrəqəmli ədədə vurulması " mövzusunda nümunəvi dərs keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 4 “A” sinfində Sevinc Məmmədovanın təşkilatçılığı ilə riyaziyyat fənnindən "Dördrəqəmli ədədlərin birrəqəmli ədədə vurulması " mövzusunda nümunəvi dərs keçirildi. Dərsdə kollektiv və qrup işindən istifadə olundu. Qrup işləri zamanı şagirdlər tapşırıqlar üzərində işləyərək, dördrəqəmli ədədləri birrəqəmli ədədə vurub hasili tapdılar. Məqsəd dördrəqəmli ədədləri birrəqəmli ədədə alt-alta vurmaq, vuruqlardan birini açıq şəkildə yazmaqla və sahə modelindən istifadə etməklə hasili tapmaq idi.Dərsdə məktəbin direktoru Günel Fətəliyeva,təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova, metodbirləşmə rəhbəri Leyla Orucəliyeva və ibtidai sinif müəllimi Samirə Tağıyeva iştirak etdi.