Ekologiya Aylığı Çərçivəsində Maarifləndirici Tədbir keçirildi
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, oktyabr ayı məktəblərdə “Ekologiya aylığı” olaraq qeyd olunur. Bu çərçivədə 8 “B” sinfində Məmmədova Aytən və Məmmədova Vüsalənin hazırladığı maarifləndirici video çarxlar şagirdlərə təqdim edildi. Dərsin məqsədi şagirdlərin ətraf mühitin qorunması və yaşıllıqların bərpası mövzusunda məlumatlandırılmasıdır.
Tədbir zamanı müəllimlərin hazırladığı video çarxlar şagirdlərə nümayiş olundu. Bu çarxlar ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli yolları və yaşıl zonaların əhəmiyyəti haqqında əhatəli məlumatlar təqdim etdi.
Aytən Məmmədova və Vüsalə Məmmədova şagirdlərə ətraf mühitin sağlamlaşdırılması mövzusunda geniş məlumat verdilər. Onlar tullantıların düzgün idarə olunması, təbiətin mühafizəsi və yaşıllıqların artırılmasının vacibliyi barədə maarifləndirmə işi apardılar.
Bu tədbir vasitəsilə şagirdlər ətraf mühitin qorunmasının əhəmiyyəti barədə daha dərin biliklər əldə etdilər. Onlara təbiətin gələcəyi üçün hər bir insanın töhfə verməsinin zəruriliyi vurğulandı. Bu tədbirin əsas məqsədi şagirdləri ətraf mühitə daha həssas yanaşmağa və yaşıllıqların bərpasına dəstək verməyə təşviq etmək idi.