Coğrafiya və Riyaziyyat Fənləri Arasında İntegrasiyalı Dərs
Məktəbin fəaliyyət planına əsasən 7 “A”sinfində coğrafiya və riyaziyyat fənləri arasında inteqrasiyalı dərs təşkil edildi. Bu dərsin əsas məqsədi şagirdlərə miqyas mövzusunu həm coğrafi, həm də riyazi aspektlərdən izah edərək daha yaxşı başa düşmələrini təmin etmək idi.
Dərs Məmmədova Aytən müəllimənin təqdimatı ilə başladı. O, şagirdlərə coğrafiyada istifadə olunan müxtəlif xəritələrin miqyası və xəritələrin kiçilmə üsulları haqqında məlumat verdi. Bu hissədə xəritələrin miqyasa görə necə dəyişdirildiyi və kiçildiyi praktik nümunələrlə izah olundu.
Fərəcova Lalə müəllimə isə miqyası riyazi baxımdan şagirdlərə izah etdi. O, miqyasın hesablanma qaydalarını, miqyasın əhəmiyyətini və onun riyaziyyatda tətbiqini nümunələr üzərində göstərdi. Şagirdlərə xəritənin real ölçüsünü miqyasa əsasən hesablama üsulları öyrədildi.
Şagirdlər mövzuya maraqla yanaşdılar və dərsdə aktiv iştirak etdilər. Coğrafiya və riyaziyyat fənlərinin əlaqələndirilməsi onların hər iki sahədə biliklərini birləşdirməyə imkan verdi. Şagirdlərin dərsi daha yaxşı mənimsəməsi üçün hər iki müəllim praktiki nümunələr və tapşırıqlar üzərində iş apardılar.
İntegrasiyalı dərs şagirdlərin miqyas mövzusunu daha dərindən başa düşməsinə və həm coğrafi, həm də riyazi biliklərin birgə tətbiqinə şərait yaratdı. Bu cür dərslərin keçirilməsi şagirdlərin hər iki fənnə olan marağını artırmağa kömək edir.