HƏRFLƏRİ ÖYRƏNİRİK
Sinif rəhbəri Sevinc Məmmədova savad təliminə hazırlıq və nitq inkişafı məşğələsində şagirdlərin oxu və yazı texnikasının mənimsənilməsi üçün 2.2.4 standartını reallaşdırdı.
Məktəbəqədər hazırlıq qrupunun 0”A” şagirdlərinin əl yazısına alışmalarını təmin etmək məqəsdilə 5 yaşlılar ilk dərslərində rəngli kağızdan, plastilindən “A” hərfini düzəltdilər. Fənn müəllimi əlifba təliminə hazırlıq dövründə əvvəlcə şagirdlərə “A” hərfi ilə başlayan sözləri söylədi, daha sonra Azərbaycan Respublikasının himnini onlarla bərabər ifa etdi.
Beləliklə səs və hərfləri fərqləndirən şagirdlər kəsmə əlifba vasitəsilə sözləri düzüb, oxudular.