Məktəbdaxili qiymətləndirmə komandası yaradıldı
Pedaqoji təcrübələri öyrənib ümumiləşdirməyin mühüm vasitələrindən biri də qarşılıqlı dərsdinləmələrdir. Müəllimlərin bir-birinin dərsini dinləməsi və təhlil etməsi məktəbin bütün müəllim kollektivini səfərbərliyə almağa,onun vahid məqsəd uğrunda birləşməsini təmin etməyə şərait yaradır.Təhsil işçilərinin əməkdaşlığı peşəkarlığın artmasına və təhsildə keyfiyyətin yüksəlməsinə ciddi təsir edir.
Bütün bunlar əldə əsas götürülərək məktəb rəhbərliyinin təşəbbüsü ilə 2024-2025-ci tədris ilinin fəaliyyət planının müvafiq bəndinə uyğun olaraq "Məktəbdaxili qiymətləndirmə komandası" təşkil olunmuşdur.
Komanda üzvlərinin ilk iclasında hər ayın 1 tədris gününün "Dərsdinləmə günü" elan olunmasına qərar verildi. Qərara uyğun olaraq 14.09.2024 -cü il tarixində üzvlər öncədən müəyyən olunmuş meyarlar əsasında və tədris işləri üzrə direktor müavininin tövsiyəsi ilə müxtəlif siniflərdə dərsdinləmələrdə iştirak etdilər.
Fəaliyyətin icrasına cavabdeh şəxslər olaraq təyin edilmiş Zülfüqarova Zərxanım, Zalova Kəminə, Tağıyeva Samirə ,Məmmədova Aytən,Quliyeva Arzu,Fərəcova Lalə,Həsənli Mina tərəfindən gün ərzində 12 dərs saatı dinlənildi.
15 oktyabr tarixində məktəb rəhbərliyinin və dərsləri dinlənilən müəllimlərdən Balayeva Şəbnəmin,Məmmədova Sevincin,Qafarova Şəbnəmin ,Xudai Afətin,Məmmədyarova Gözəlin, Əhmədova Pəri və digərlərinin iştirakı ilə dərsdinləmələrin geniş təhlili aparıldı.Dərslərin müsbət və mənfi tərəfləri müzakirə olundu ,irad və təkliflər bildirildi.