Əməyin mühafizəsi və texniki təhlükəsizlik ilə bağlı praktik seminar keçirildi
Məlum olduğu kimi respublikamızda fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işi daim aktual olan məsələlərdəndir.
232 N-li məktəb kollektivi olaraq bizim müəssisədə də əməyin mühafizəsi xidmətinin müvafiq qaydada təşkilinə xüsusi diqqət yetirilir.
Mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, həm pedaqoji heyət, həm də texniki işçilər təlimatlandırılır.
İşçilərə əmək funksiyaları, vəzifə borcları və hüquqları əmək şəraitinə və əməyin mühafizəsi vəziyyətinə əməl etməyin vacibliyi izah olunur.
Növbəti praktik seminar məktəbin təsərrüfat işləri üzrə direktor müavini Tutuxanım Kərimova və hərbi rəhbər Təbriz Əliyev tərəfindən keçirildi.Əməyin mühafizəsi üzrə normalara, qayda və təlimatlara riayət etmək, fərdi və kollektiv mühafizə vasitələrini düzgün tətbiq etmək qaydaları izah olundu.
Məlum olduğu kimi respublikamızda fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işi daim aktual olan məsələlərdəndir.