QARŞILIQLI DƏRSDİNLƏMƏ
Məktəbin fəaliyyət planına uyğun olaraq ibtidai siniflərdə qarşılıqlı dərsdinləmələr keçirilir. Bu məqsədlə metodbirləşmə sədri Leyla Orucəliyeva tərəfindən 4"A" sinif rəhbəri Sevinc Məmmədovanın Azərbaycan dili dərsi dinlənildi . Sinif müəllimi "Uşaq hüquqlarının pozulması" mövzusu olan dərsdə 2.2.5 standartından istifadə etdi. Dərsdinləmənin əsas məqsədi təlim nəticəsinin, şagirdlərin fəaliyyətinin və qiymətləndirmənin uyğunluğunun izlənilməsi idi. Şagirdlər " Uşaq hüquqları" ilə bağlı müxtəlif fikirlər səsləndirdilər.