Gəncə terrorunun anım günü ilə bağlı dəyirmi masa keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin coğrafiya müəllimləri Aytən Məmmədova və Vüsalə Məmmədova 5 "A" sinfində 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində baş vermiş terror hadisəsi ilə bağlı dəyirmi masa təşkil etdilər. Dəyirmi masanın məqsədi Azərbaycan xalqına qarşı olan haqsızlıqları unutmamaq və bu hadisələri şagirdlərə çatdırmaqdır.
Vüsalə Məmmədova dəyirmi masa zamanı hazırladığı video çarxı şagirdlərə nümayiş etdirdi. Bu video çarxında Gəncə terrorunun təsirləri və baş vermiş hadisələrin dəhşətləri təsvir edildi.
Aytən Məmmədova isə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin 5 dəfə bombalanmasından və bu zaman zərər çəkən dinc əhalidən danışdı. Şagirdlərə göstərilən bu məlumatlar, onları baş vermiş olaylar haqqında məlumatlandırmaq və dinc əhaliyə qarşı olan haqsızlıqları anlamağa kömək etmək məqsədini güdürdü. Dəyirmi masa iştirakçıları, Gəncə terrorunu müzakirə edərək, baş verən hadisələrin unudulmaması və Azərbaycanın suverenliyinə olan dəstək mesajlarını bir daha vurğuladılar. Bu cür tədbirlər, şagirdlərin tarixi biliklərini artırmaqla yanaşı, onlarda milli vətənpərvərlik hissini də formalaşdırır.