COP-29 ilə bağlı məktəb kitabxanasında vəsaitlərin müzakirəsi olundu
“Yaşıl dünya Naminə Həmrəylik ili” BMt-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP 29 bu il noyabr ayında Bakıda keçiriləcək.
Cənab Prezident İlham Əliyevin qərarına əsasən 2024-cü il «Yaşıl dünya naminə həmrəylik ili elan olunmuşdur.Cop 29-a görə ev sahibliyi etdiyimiz üçün ölkə üzrə maarifləndirmə tədbirləri həyata keçirilir. Məktəblərdə də silsilə tədbirlər görülür.
Bugünki tədbirimizin məqsədi şagirdlərin iqlim dəyişikliyi, iqlim dəyişikliyinin səbəbləri, yer kürəsinin qarşılaşacağı problemlər haqqında daha ətraflı məlumat almaları üçün kitabxanamızda olan vəsaitlərlə tanış etmək idi. Kitabxana müdiri Aytən Məmmədova təbiətə, ekologiyaya, canlılara aid vəsaitləri nümayiş etdirərək vəsaitlər haqqında ətraflı məlumat verdi. Təbiət fənnini tədris edən Fərqanə Əkbərova ekoloji problemlər, yer kürəsində istixana effekti və s məlumat verdi. Eyni zamanda Azərbaycan Milli Atlasını nümayiş etdirərək geniş məlumat verdi.