Coğrafi informasiya
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Aynur Əkbərova 11a sinfində informatika fənnindən “Coğrafi informasiya” mövzusunu coğrafiya fənni ilə əlaqələndirdi. Məqsəd müxtəlif informasiya sistemlərini nümunələrlə şərh etməkdir.
Bu dərs birbaşa coğrafiya fənni ilə inteqrativ olduğu üçün coğrafiya müəllimi Vüsalə Məmmədova ilə birlikdə tədris edildi.
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. Bu məlumatı şagirdlərə coğrafiya müəllimi izah etdi.
"Fəaliyyət" tapşırığında şagirdlər xəritə üzərində yaşadıqları bölgənin koordinatlarını müəyyən edib suallara cavab verdilər.