Cəbrayıl 27 illik həsrətə son
Coğrafiya aylığı çərçivəsində 5 "B" və 6 "B" siniflərində Cəbrayıl rayonunun işğaldan azad olunmasına həsr olunmuş mühazirə keçirildi. Mühazirə Məmmədova Aytən müəllimə tərəfindən təqdim olundu.
Mühazirə zamanı Aytən müəllimə Cəbrayılın relyefi, coğrafi mövqeyi və iqlimi haqqında ətraflı məlumat verdi. Şagirdlərə, Cəbrayıl rayonunun 44 günlük müharibə zamanı işğaldan azad olunmasının tarixi və coğrafi əhəmiyyəti izah olundu.
Tədbirin əsas məqsədi, şagirdlərin Cəbrayıl rayonunun tarixi və coğrafiyası haqqında daha geniş məlumat əldə etmələrini təmin etməkdir. Eyni zamanda, mühazirə, şagirdlərin Vətənə olan sevgisini artırmaq və onların milli kimliyini gücləndirmək məqsədini güdür.
Mühazirə iştirakçıları, Cəbrayılın tarixi və coğrafi mövqeyinin əhəmiyyətini başa düşərək, işğaldan azad olunmuş torpaqlarımızın dəyərini bir daha qiymətləndirdilər. Bu cür tədbirlər, gənc nəsilin tarixi biliklərini artıraraq, onlarda vətənpərvərlik hissini gücləndirir.