“Kitab klubu” yaradıldı

Şagirdlərdə oxumağa marağı artırmaq, mütaliə vərdişlərini gücləndirmək üçün məktəbin fəaliyyət planına uyğun olaraq tədbirlərimiz davam edir. Məktəb kitabxanası ilə sıx əməkdaşlıq edən ədəbiyyat müəllimləri tez -tez bədii diskussiyalar ,bədii əsərlərin  təhlilinə həsr olunan müzakirələr təşkil edirlər. Müşahidələr nəticəsində bu müzakirələrdə fərqlənən şagirdlərin eyni zamanda məktəb kitabxanasının fəal oxucuları olması nəzərə çarpır. Bu şagirdlərin fəaliyyətlərini stimullaşdırmaq, onları birgə aktiv fəaliyyətə cəlb etmək məqsədilə məktəbin direktoru Günel Fətəliyevanın təklifi və kitabxana müdiri Aytən Məmmədovanın təşəbbüskarlığı ilə yeni "Kitab klubu” yaradıldı. Öncədən ədəbiyyat müəllimlərinin və kitabxana müdirinin seçdiyi fəal şagirdlər məktəb kitabxanasının oxu zalında təlimatlandırıldı. Onlara müsahibə şərti elan olundu və qarşıda duran perspektiv fəaliyyət izah edildi.

Daha sonra şagirdlər məktəbin müşavirə zalında təşkil olunmuş müsabiqədə iştirak etdilər.Münsiflər heyəti olaraq ədəbiyyat müəllimləri Zalova Kəminə, Rahilə Hüseynli,  Qafarova Şəbnəm və kitabxana müdiri Aytən Məmmədova iştirak edirdi.

Müsahibə zamanı aşağıdakı meyarlar əsas götürülərək  şagirdlərin cavabları qiymətləndirirldi.

1.Fikri ifadə etmə bacarığı

2.Əsəri təhliletmə bacarığı

3.Bədii əsər oxuma sürəti(kəmiyyət.say)

4.Yadda saxlama gücü

Şagirdlərə əlavə  suallarda yönləndirildi.

Münsiflər heyətinin ümumi qərarı ilə “Kitab klubuna üzv seçilən şagirdlər klubun yeni fəaliyyətinin tərtib edilməsi üçün növbəti görüşlərdə bir yerə toplaşacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi