Məktəbəhazırlıq qruplarında 2024/2025-ci tədris ili üzrə ilk məşğələlərə start verildi

       Bu gündən məktəbdə məktəbəhazırlıq qruplarında 2024/2025-ci tədris ili üzrə ilk məşğələlərinə start verildi.

Qeyd edək ki, məktəbimizdə 2 məktəbəhazırlıq qrupunda 37 şagird təhsil alacaq,  məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.

Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı"na uyğun olaraq təşkil olunur.

Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

        Sinif rəhbəri Sevinc Məmmədova və Mərziyə Əliyeva qeyd etdi ki, əsas məqsədim beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

        Şagirdlər yeni dərsliklərlə təmin olundular və uşaqların inkişafının izlənilməsi üçün ilkin qiymətləndirmə aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi