Şəhidləri yad etmək hər birimizin borcudur
Məktəbin fəaliyyət planınına uyğun olaraq 27 avqust "Anım Günü" ilə bağlı 6"C" sinif şagirdləri ilə birlikdə Bül bülə şəhidlər xiyabanında olduq. Məqsəd torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarını yad etmək idi.
232№ li tam orta məktəbin məzunu olmuş şəhidlərimiz Səbuhi Orucov, Yunus Əliyev, İbrahim Həsənov da bu xiyabanda dəfn olunmuşdur. Şagirdlər məzarlara gül dəstələri qoydular, şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər. Tarix müəllimləri Zərxanım Zülfüqarova və Afət Xudai çıxış edərək 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verdilər.
Bizimlə birlikdə valideynlər də şəhidlər xiyabanını ziyarət erdilər.
Allah şəhidlərimizə rəhmət eləsin.